• 5 İyul 2025
logo
MN: Azərbaycan Ordusunun Ermənistan istiqamətində atəş açması yalandır

MN: Azərbaycan Ordusunun Ermənistan istiqamətində atəş açması yalandır

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil".
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
MN-dən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb: “Bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır”.