• 28 Noyabr 2020
logo
YAP-ın deputat siyahısında xeyli dəyişiklik var - Siyavuş Novruzov

YAP-ın deputat siyahısında xeyli dəyişiklik var - Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını Mərkəzi Seçki Kommisiyasına təqdim edib. Bunu YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, partiya 123 dairədən namizəd irəli sürüb. S.Novruzovun sözlərinə görə, partiya iki dairədən - Naxçıvan Muxtar Respublikasında 3 saylı seçki dairəsindən və Xankəndi seçki dairəsindən namizəd irəli sürməyib. S.Novruzov bildirib ki, partiyanın siyahısında xeyli dəyişiklik var, siyahıda gənclər və eyni zamanda qadınlar da çoxluq təşkil edir.

S.Novruzov əlavə edib ki, YAP-ın qərarından kənar hər hansı bir partiya üzvü namizədliyini irəli sürəcəksə, partiya ona etimad göstərməyəcək və o, partiyanın siyasətinə zidd getmiş olacaq.