Qazaxıstanda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-də ölkədə matəm elan edilib.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq sabah səfirlikdə bayraqlar yarıya qədər endiriləcək. Lakin başsağlığı kitabı açılmayacaq.
Xatırladaq ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.