• 19 Aprel 2024
logo
“Ə....” eləyən “Kərim” və aftafanın geosiyasi iddiaları

“Ə....” eləyən “Kərim” və aftafanın geosiyasi iddiaları

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Türkmənistanda keçirilən VI Zirvə Toplantısını sözün bütün mənalarında kritik hesab etmək olar. Çünki Xəzər, artıq həm Avropa İttifaqının enerji təhlükəsizliyi, həm Çinin “Bir kəmər, bir yol” layihəsi, həm də bütövlükdə regional və qlobal enerji, nəqliyyat dəhlizlərinin perspektiv diversifikasiyası baxımından, dünyanın ən önəmli bölgələrindən birinə çevrilib. Xəzər hövzəsi geostrateji baxış bucaqlarında, ola bilsin kii, Qara dəniz, Aralıq və Baltik dənizi hövzələri kimi və bəlkə də daha çox əhəmiyyət daşıyan regiona çevrilməkdədir. “Böyük yeddilər”in son zirvə toplantısında Çinin “Bir kəmər, bir yol” layihəsinə, eləcə də rəsmi Pekinin inkişafda olan ölkələrə təsir imkanlarının artırılmasına dəstəyin ifadə olunması, yaxın zaman kəsiyində Xəzər hövzəsində, ən azı siyasi gərginliyin arta biləcəyi ehtimalını irəli sürməyə əsas verir. Çünki G7-nin üzərilərində Çinin təsir imkanlarının artırılmasına dəstək verməyi planlaşdırdığı ölkələrin sırasında, bir neçə Xəzəryanı dövlət də var. Və Rusiya, şübhəsiz ki, bütün bunlardan narahatdır və qənaətimə görə, Zirvə Toplantısının keçirilməsi də, məhz Moskvanın təşəbbüsüdür. Rusiyanın xarici işlər nazirinin İrana və Azərbaycana baş tutan səfərlərinin gündəliyində də Xəzərlə bağlı məsələlərin olduğu kimsəyə sirr deyil. Müzakirə üçün mövzu bəhanələrindən biri də, elə Lavrovun Tehrana səfəri çərçivəsində İran prezidenti tərəfindən dilə gətirildi. Rəisi, ola bilsin ki, diplomatik kanallarla öncədən razılaşdırılmış ssenari əsasında, Rəsmi Tehranın başqa ölkələrin Xəzər dənizində, xüsusilə də İran sahillərinə yaxın ərazilərdə hərbi təlimlərdə iştirakının əleyhinə olduğunu bildirdi və bunun qadağan edilməsinin vacibliyini vurğuladı. Rəisinin eyhamının hədəfi bəlli olduğu üçün təfərrüatına varmayacağam. Lavrovun səfərindən sonra Ankaraya gedən İran xarici işlər nazirinin “suyusüzülmüş” oturuşundan rəsmi Tehrana bölgədəki reallıqların ən incə detallarına kimi izah olunduğu zatən görünürdü... Bunların Pəhləvilərdənqalma klassik xəstəlikləri var. Əllərindən hədəf aldıqları şəxslərin qarasına deyinməkdən başqa bir iş gəlmir...
Xəzərin hüquqi statusu haqqında konvensiyanı sağdan-sola pozan Rusiyanın xarici işlər naziri qarşısında oturduğu halda Rəisi Sergey Lavrovun başı üzərindən başqalarının bostanına daş atmaqla böyük qəhrəmanlıq nümayiş etdirdiyini düşünür. Halbuki İran prezidenti Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndini misal gətirərək soruşa bilərdi ki, ağaye Lavrov sizin də imzaladığınız sənəddə qeyd olunur ki, Xəzər dənizi sülh məqsədləri üçün istifadə edilməli, sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməlidir və o zaman nə üçün Rusiya başqa ölkələrin ərazisinə Xəzərdən raket zərbələri endirir? Amma soruşmadı… Soruşmağa cəsarət etmədi.
Digər tərəfdən qeyd edib ki, Konvensiyada nəyin necə və hansı məqsədlə yazıldığından asılı olmayaraq, Beynəlxalq dəniz hüququndan irəli gələn mühüm bir məqam var və bu məqam bir qayda olaraq, Xəzəryanı dövlətlərin konstitusiyalarında da yer alıb. Bu da Xəzəryanı dövlətlərin suveren hüquqlarının şamil edildiyi ərazi suları ilə bağlıdır. İran rəsmilərini başa salmaq lazımdır ki, dövlətlərin quru əraziləri ilə ərazi suları arasında hec bir fərq yoxdur. Bu və ya digər dövlət həmin ərazilərdə təlim də keçirə bilər, hələ istəsə üzərində süni ada yaradıb “turp” da əkə bilər. Bunun İrana və yaxud başqa birisinə heç bir aidiyyatı yoxdur. Yox əgər məsələni tarixi müstəvidə yoxmağa çalışsaq, o zaman ağaye Rəisi unutmamalıdır ki, İran yüzillər boyu Xəzərdə donanma saxlamaq hüququna malik olmayıb...
Hər halda Türkmənistandakeçirilən sammitdən sonra, bir ayağını həmişə bölgədən qaçaraq qoyan molla rejimi bölgədəki və dünyadakı reallıqların nədən ibarət olduğunu yaxşı başa düşəcək. Düşməsə də, salacaqlar. Yəni anladacaqlar. Bu da gülüş hədəfinə çevrilən “Kərimə dövləti” təxribatı deyil ki, yerində yalnız “Ə”-lər qalsın. Yəni “Kərim ə..... elədi, gedin aftafa ilə yuyun...”

Elçin Mirzəbəyli