• 20 Avqust 2022
logo
İƏT-in Baş katibinin müavini: “Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişik”

İƏT-in Baş katibinin müavini: “Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişik”

“Ötən il işğaldan azad edilmiş əraziləri ziyarət etdim. Öz gözlərimizlə dağıntıların şahidi olduq. Həqiqətən ürəkağrıdıcı mənzərə idi”.
Bunu İslam Əməkdaşlığı Təşkilatının Baş katibinin müavini Əhməd Sengendo jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, heç şübhəsiz ki, bu dağıntılar oranın turizm potensialına da böyük təsir göstərib:
"Lakin qısa zaman ərzində aparılan quruculuq işlərinin də şahidi olduq. Ümid edirəm ki, dağıdılmış məscidlər, tarixi-mədəni abidələr qısa zamanda bərpa ediləcək. Bütün bunlar heç şübhəsiz turizm baxımından ölkə iqtisadiyyatına müsbət təsirini verəcək. İƏT olaraq biz də Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişik. Aparılan quruculuq işləri müsəlman ölkələri tərəfindən də təqdir edilir".