• 8 Dekabr 2024
logo
UNESKO-nun Bakı iclasında vyetnamlı nümayəndə: Azərbaycan çox tolerant ölkədir

UNESKO-nun Bakı iclasında vyetnamlı nümayəndə: Azərbaycan çox tolerant ölkədir

Azərbaycanın dünya mədəniyyətinin qorunmasına töhfəsi böyükdür.
Trend-in məlumatına görə, bunu Hanoy Dostluq Cəmiyyətləri İttifaqının sədr müavini Tran Ngia Hoa Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində deyib.
Vyetnam nümayəndəsi bildirib ki, tədbir yüksək səviyyədə təşkil olunub: “Azərbaycan çox tolerant ölkədir. Burada fərqli xalq və mədəniyyətlərin nümayəndələri yaşayır”.
İttifaqın sədr müavini əlavə edib ki, Azərbaycan qədim tarixi və mədəniyyəti olan fəal ölkədir.