• 28 Noyabr 2020
logo
Dağlıq Qarabağın Azərbaycanlı icmasının tərkibində xüsusi fond yaradılsın - TƏKLİF

Dağlıq Qarabağın Azərbaycanlı icmasının tərkibində xüsusi fond yaradılsın - TƏKLİF

Dağlıq Qarabağın Azərbaycanlı icmasının tərkibində xüsusi fond yaradıla bilər.

Bunu Baş nazirin sabiq müavini Əli Həsənov “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması”nın birillik fəaliyyətinin yekunları ilə bağlı tədbirdə təklif edib.

İclasda icmanın fəaliyyətinin aktvliyini qeyd edən Ə.Həsənov bu işləri daha da genişləndirmək üçün icmanın təkbində fond yaradılmasının vacibliyini qeyd edib: "Şəxsən mən özüm hər ay pensiyamdan bu fonda 200 manat pul köçürməyə hazıram. Həmçinin, imkanlı şəxslər də bu fonda vəsait ayırmalı, yardım etməlidirlər. Bu, ümummili işdir. İcma beynəlxalq təşkilatlarda konfranslara getmək üçün başqa yerdən vəsait axtarmamalıdır, özlərinin vəsaitləri olmalıdır".