• 19 Aprel 2025
logo
Tural Gəncəliyev: Müxtəlif diaspora mərkəzləri və səfirliklərin nəzdində yaradılan Qarabağ məktəbləri fəaliyyətlərini davam etdirir

Tural Gəncəliyev: Müxtəlif diaspora mərkəzləri və səfirliklərin nəzdində yaradılan Qarabağ məktəbləri fəaliyyətlərini davam etdirir

Azərbaycanın xarici ölkələrdə müxtəlif diaspora mərkəzləri və səfirliklərin nəzdində yaradılan Qarabağ məktəbləri fəaliyyətlərini davam etdirir.

Bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanılılara Qarabağla bağlı tarixi məlumatları aşılamaqdır:

"Xüsusilə də gənclərin, azyaşlıların Qarabağ ruhunda tərbiyələndirilməsi, maarifləndirilməsidir. Mən özüm də Kanada və Çexiyada işlədiyim dövrlər ərzində orada bu kimi məktəblər fəaliyyət göstərirdi. Biz həmin məktəblərlə birlikdə çalışırdıq ki, uşaq və gənclərimizə Qarabağla bağlı məlumatlar çatdıraq".