• 12 Avqust 2022
logo
Azərbaycan XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşmasından danışıb

Azərbaycan XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşmasından danışıb

Azərbaycanın sərhədlərin delimitasiyası ilə bağlı mövqeyi çox sadədir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Mən situasiyanı çox pis, yaxud çox yaxşı kimi xarakterizə etməzdim. Situasiyaya ehtiyatlı optimizlə baxırıq”, - XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, bir il əvvəlki vəziyyətə baxdıqda, hazırda müəyyən məsələlərdə pozitiv məqamlar çoxdur.

Nazir Bakı üçün danışıqlarda qəbuledilməz ssenarini də açıqlayıb:

“Amma bu yaranmış dinamikanın məşhur əsərdə deyildiyi kimi, “bir addım irəli, iki addım geri” formasına düşməsini heç istəməzdik. Qərarlar çətin verilsə də, pozitiv planda ardıcıl və davamlı olmalıdır”.