• 24 Noyabr 2020
logo
Ehtiyacların Qiymətləndirilməsi Missiyası ATƏT-in Azərbaycanda parlament seçkilərinə müşahidə missiyası göndərməsini tövsiyə edib

Ehtiyacların Qiymətləndirilməsi Missiyası ATƏT-in Azərbaycanda parlament seçkilərinə müşahidə missiyası göndərməsini tövsiyə edib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı mühit və qarşıdakı seçkilərə hazırlıq prosesi ilə bağlı hesabat hazırlayıb.

Trend bu barədə təşkilata istinadən məlumat verir.

Qeyd olunur ki, DTİHB ölkədə seçi prosesini müşahidə etmək üşün ATƏT üzv dövlətlərinə 30 uzunmüddətli müşahidəçi, eləcə də seçki günü müşahidə aparmaları üçün 350 qısamüddətli müşahidəçi göndərməyi tövsiyə edir:

"Azərbaycan hökumətinin 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar dəvəti ilə və öz mandatına uyğun olaraq ATƏT DTİHB tələblərin dəyərləndirilməsi üzrə Missiya təşkil edib və bu Missiya 2019-cu il dekabrın 19-dan 21-dək Azərbaycanda olub. Missiyanın tərkibinə DTİHB-in seçkilər üzrə baş müşaviri Aleksey Qromov, DTHİB-in seçkilər üzrə müşaviri Radivoe Qruiç və ATƏT Parlament Assambleyasının proqramlar və inzibati məsələlər üzrə əməkdaşı Tim Knobjau daxil olub. Missiyanın məqsədi seçkiqabağı vəziyyəti və seçkilərə hazırlığı dəyərləndirmək olub".

Missiyanın səfəri zamanı dövlət müəssisələrinin, MSK-nın dairə seçki komissiyalarının, eləcə də siyasi partiyaların, kütləvi informasiya vasitələrinin, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilib.