• 26 Noyabr 2020
logo
Parlament seçkilərində iştirak etmək üçün 1329 namizəd müraciət edib

Parlament seçkilərində iştirak etmək üçün 1329 namizəd müraciət edib

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1329 namizəd müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahovun sözlərinə görə, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb. 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərinin 1042 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 829 nəfəri isə imza vərəqələrin artıq götürüb. 60 nəfəri qaytarıb və onlardan biri qeydə alınıb.