• 24 Noyabr 2020
logo
20 siyasi partiya növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edib

20 siyasi partiya növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edib

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 20-ə çatıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli mümayəndəsi qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 19 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, “Ana Vətən” Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının, Demokratik İslahatlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.