İlkxeber.org saytının baş redaktoru, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, Aydınlar Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Xanoğlan Əhmədov deputatlığa namizədliyini irəli sürüb. Bu barədə Baymedia.az-a namizədin səlahiyyətli nümayəndəsi Ağasəf Ağayev məlumat verib. A.Ağayev bildirib ki, Xanoğlan Əhmədov 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizəddir. Onun sözlərinə görə, artıq imzalar toplanır.