• 4 İyul 2025
logo
Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyənin Bakıdakı səfirliyi 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.
“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik”, - təbrikdə deyilir.