• 25 Noyabr 2020
logo
İranlı nazir müavini Bakıya gəlir

İranlı nazir müavini Bakıya gəlir

İranın sənaye, mədən və ticarət nazirinin müavini və bir sıra rəsmilər bu gün Bakıya gələcək.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Tabeşlə birlikdə Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu, Ərdəbil Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədri Hüseyn Pirmüəzzin və onları müşayiət edən nümayəndələr Bakıya gələcək.

İranlı heyətin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və başqa rəsmilərlə görüşü planlaşdırılır.

Qeyd edək ki, İranın Ərdəbil valisi Əkbər Behnamcu son vaxtlar Parsabad rayonunda Azərbaycan və İranın birgə sənaye parkının yaradılması haqda qərarın Azərbaycana səfər çərçivəsində yekunlaşdırılacağını deyib.