• 30 İyun 2022
logo
Aİ: Azərbaycanla əməkdaşlığı gücləndirəcəyik

Aİ: Azərbaycanla əməkdaşlığı gücləndirəcəyik

“Biz iqlim dəyişikliyə ilə bağlı bir sıra çətinliklərlə üzləşməkdəyik”.
Bunu bu gün 27-ci Bakı Enerji Forumunun rəsmi açılışında Avropa Komissiyasının Enerji siyasəti, strategiya və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero bildirib.
Kristina Lobillo Borrero deyib ki, Avropa İttifaqı enerji diversifikasiyasına dəstək verir: “Avropa İttifaqı qaz təchizatına tələbatının təmini üçün diversifikasiyanı zəruri sayır. Bərpa olunan enerjiyə böyük önəm veririk. Ümid edirik ki, Azərbaycanla əməkdaşlığı gücləndirəcəyik. İnanırıq ki, 2050-ci ilə kimi enerji neytrallığına nail ola biləcəyik”.