• 10 Oktyabr 2024
logo
Türkiyə səfiri: "Azad Kəlbəcərdə olmaq olduqca əlamətdar haldır"

Türkiyə səfiri: "Azad Kəlbəcərdə olmaq olduqca əlamətdar haldır"

“Bu gün ilk dəfədir ki, Kəlbəcərdəyəm. Bu şəraiti yaratdığına görə, cənab Prezidentə, Xarici işlər nazirinə dərin minnətdarlığımı bildirirəm”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
“Azad Kəlbəcərdə, Laçında olmaq bizim üçün olduqca əlamətdar bir haldır. İnanıram ki, çox yaxın zamanda buranın əhalisi öz doğma torpaqlarına dönəcək. Bir daha Murovdağın zirvəsindən bu qələbəni qazanan şəhidlərimizin ruhunu yad edir, şəhid ailələrinə, qazilərimizə salamlarımı və minnətdarlığımı göndərirəm”.