Ötən gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib və Yeni Azərbaycan Partiyası da bu seçkilərdə iştirak edib.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partyasının (YAP) Sədr müavini - İcra katibi Baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələr elan olunub:
“Lakin bizim seçki məntəqələrində apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, YAP-ın bələdiyyə seçkilərində namizədləri seçicilərin çoxunun dəstəyini qazanıb. İnsanların rifahının yaxşılaşması ilə əlaqədar Prezidentin təşəbbüsü ilə böyük sosial layihələrin həyata keçirilməsi insanlar tərəfindən yüksək qiymətləndirilir və YAP-a əhali arasında rəğbət artırır. Mən Yeni Azərbaycan Partiyasını əldə etdiyi qələbəyə görə təbrik etmək istəyirəm”.