• 17 Aprel 2024
logo
Spiker: "Bakı Bəyannaməsində Zəngəzur dəhlizinin açılmasına dəstək nümayiş etdirilir"

Spiker: "Bakı Bəyannaməsində Zəngəzur dəhlizinin açılmasına dəstək nümayiş etdirilir"

“İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsi imzalandı. Sənəddə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan xalqı təbrik edilir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Spiker bildirib ki, sənəddə bu qələbənin regionda davamlı sülhə gətirib çıxaracağına inam ifadə olunur: “Bakı Bəyannaməsində həm də Şərq-Qərb və Şimal-Cənub Dəhlizinin davamı olan yeni Zəngəzur dəhlizinin açılmasına güclü dəstək nümayiş etdirilir”.