• 27 İyun 2022
logo
ÜST rəhbəri Azərbaycan Prezidentinin təşkilatla əməkdaşlığını yüksək qiymətləndirib

ÜST rəhbəri Azərbaycan Prezidentinin təşkilatla əməkdaşlığını yüksək qiymətləndirib

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşkilatla əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib.
Qebreyesus bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev ilə görüşü zamanı deyib.
Təşkilat rəhbəri xüsusən pandemiya dövründə ölkəmizin ÜST-ə etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xatırladıb. Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx təmaslarının olduğunu diqqətə çatdıraraq iyun ayında keçiriləcək Forumda iştirakını səbirsizliklə gözlədiyini bildirib. Forum çərçivəsində Tedros Adhanom Qebreyesus ilkin səhiyyə xidmətləri sahəsində Azərbaycanda görülən işlərlə yaxından tanış olmaq istəyini diqqətə çatdırıb. Sonda tərəflər arasında Təşkilatın səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.