• 4 Dekabr 2020
logo
Məzahir Pənahov: Parlament seçkilərində seçicilərin səsverməsi üçün lazımi şərait yaradılacaq

Məzahir Pənahov: Parlament seçkilərində seçicilərin səsverməsi üçün lazımi şərait yaradılacaq

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçicilərin səsverməsi üçün lazımi şərait yaradılacaq.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib ki, ümumilikdə 5575 seçki məntəqəsi fəaliyyət göstərəcək.

MSK sədri bildirib ki, məntəqələrin hamısına bütün lazımi şərait yaradılacaq ki, Azərbaycan vətəndaşları öz səsvermə hüquqlarını layiqincə reallaşdıra bildirsinlər.

M.Pənahovun sözlərinə görə, müşahidəçilər üçün də rahat şərait yaradılacaq ki, onlar öz missiyalarını yerinə yetirə bilsinlər.