• 17 Yanvar 2025
logo
Ərəb KİV-də Azərbaycanın beynəlxalq təşkilatlara rəhbərliyi barədə məqalə yayımlanıb

Ərəb KİV-də Azərbaycanın beynəlxalq təşkilatlara rəhbərliyi barədə məqalə yayımlanıb

İordaniyanın “Əl Ənbat”, “Cohina”, “Nəbd ən Balad”, Əlcəzairin “Əl Hərir” portallarında Azərbaycanın beynəlxalq təşkilatlara uğurlu rəhbərliyi haqqında məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assamble¬yasının (İƏTPA) Üçüncü Ümumi Konfransında bu quruma sədrliyin Pakistan İslam Respublikası¬nın Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçdiyini diqqətə çatdıran məqalənin müəllifi şərqşünas Həşim Məmmədov ölkəmizin bir neçə mötəbər quruma uğurla sədrlik etdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə təmsil olunmaq istiqamətində Prezident İlham Əliyevin siyasəti Azərbaycanın nüfuzunu daha da artırıb. Bu gün ölkəmiz BMT, İƏT, ATƏT, Avropa Şurası, MDB, Qoşulma¬ma Hərəkatı, Türk Dövlətləri Təşkilatının ən nüfuzlu üzvlərindən biridir. Eyni zamanda, Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir və dövlətimizin başçısı burada qlobal liderlik keyfiyyətlərini nümayiş etdirir. Məhz diplomatiya və sərkərdəlik məharətinə görə Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görülüb.