• 10 Oktyabr 2024
logo
Erməni QAN gördü

Erməni QAN gördü

Yaxud erməni cəmiyyətinin Qazanılmış Ağıl Natamamlığı sindromu

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiya formatında ilk görüşü erməni mediasında geniş müzakirə olunur. Bu müzəkirələrdə diqqəti cəlb edən məqamlardan biri, dövlət komissiyalarına rəhbərlik edən şəxslərlə bağlıdır.

Erməni mediasının qənaətinə görə, Ermənistan tərəfinin yaratdığı komssiyanın üzvlərini heç kim tanımır. Yalnız Mher Qriqoryanın adı Ermənistan cəmiyyətinə “nə isə deyir”.

Azərbaycanın yaratdığı dövlət komssiyasının rəhbərinə və üzvlərinə gəldikdə isə, erməni mediası rəsmi Bakının hər şeyi detallı şəkildə hesabladığını düşünür. Ermənilərin qənətinə görə, Şahin Mustafayevin Azərbaycanın yaratdığı dövlət komssiyasına rəhbərlik etməsi, artıq Bakının prosesdə üstünlük qazanması deməkdir. Sitat: “Kimdir Şahin Mustafayev? Şahin Mustafayev Ermənistanın Barana (Noyanberyan) rayonunun Cucevan kəndində anadan olub. Noyanberyan orta ümumtəhsil məktəbini qızıl medalla bitirib. Daha sonra İrəvan Xalq təsərrüfatı institutunda təhsilini davam etdirib. CivilNet 2014-cü ildə Cucevanda olub və Şahin Mustafayev haqqında film çəkib. Filmdə həmkəndliləri, məktəb yoldaşları, müəllimləri Şahin Mustafayevdən söz açıblar. Müəllimləri Şahinin erməni ədəbiyyatı və tarixindən əla qiymətlər aldığını bildiriblər və hətta bu qiymətlərin olduğu jurnalı da göstəriblər.

...Deyirlər ki, Mustafayevin anası qonşu ermənilərlə çox nadir hallarda ünsiyyətdə olub. Bu da onun xarakterində millətçi cizgilərin özünü daha qabarıq şəkildə büruzə verdiyini göstərir.

... İndi Mher Qriqoryan və komissiyanın üzvləri Şahin Mustafayevlə danışıqlar aparanda erməni dilində bir-biri ilə fikir mübadiləsi apara bilməyəcəklər, əks halda Azərbaycan baş nazirinin müavini onları başa düşəcək. Qriqoryan Ermənsitanda doğulan, burada əla qiymətlərlə orta məktəbi bitirən və hətta ali təhsil alan bir azərbaycanlı məmurla danışıqlar aparmalı olacaq. Şahin Mustafayev Tavuşun sərhəd kəndlərindəki hər daşı tanıyır, erməni psixologiyası ilə yaxşı tanışdır, erməni dilini, tarixini, ədəbiyyatını mükəmməl bilir. Sual olunur, ixtisca hüquqşünas olan və yüksək dövlət vəzifəsinə bank sistemindən “uçub gələn” Mher Qriqoryan dövlət idarəçiliyinin pillələrini addım-addım keçərək baş nazirin müavini vəzifəsinə yüksəlmiş Şahin Mustafayevlə necə danışıqlar aparacaq? Ermənistan tərəfini təmsil edən komissiyada Şahin Mustafayevlə danışıqlar apara biləcək kimsə yoxdur...”.

Göründüyü kimi məğlubiyyət və natamamlıq kompleksi erməni mediasının və siyasətçilərinin gözünü elə qorxudub ki, kölgələrindən belə çəkinirlər. Təhtəlşüur olaraq, delimitasiya prosesində, həmçinin sülh müqaviləsinin ayrı-ayrı istiqamətlərinin müəyyənləşdiriləcəyi zaman kəsiyində, öz təxəyyüllərində saxta məlumatlar əsasında formalaşdırdıqları “sərhədlər”in silinəcəyini, iddialarının yerlə bir olacağını, qalib Azərbaycanın gerçəkliyə söykənən mövqeyi ilə barışmaq məcburiyyətində qalacaqlarını başa düşürlər, amma qəbul və etiraf bilmirlər. Və bu səbəbdən də məğlubiyyətlərini əsaslandırmaq üçün bəhanə axtarışına çıxmaq və yenə də özlərini aldatmaq yolunu seçirlər. Guya Şahin Mustafayev erməni dilini bilməsəydi, nə dəyişəcəkdi ki? Bütün hallarda komissiyaların toplantılarında, protokola uyğun olaraq tərcüməçilər iştirak edirlər. Və yaxud ermənilər komissiyaların iclası zamanı bir-biriləri ilə erməni dilində danışıb nə edəcəkdilər? Deyəsən 30 ildə danışdıqlarına 44 gündə son qoyulduğunu xatırlamırlar və yaxud qorxu sindromu onları şizofreniya həddinə çatdlrmasın deyə, bu barədə düşünmək istəmirlər.

Bir də ki, bu ermənilərin “ağıllı millət” olduqlarını kim sırıyıb bizə? Müharibədən öncə ağıllarının harada olduqlarını bilmirəm, amma müharibədən sonra, belə anlaşılır ki, olmalı olduğu yerdən çox-çox aşağıya yuvarlanıb.

Azərbaycanda məşhir bir el məsəli var: “Erməni qan gördü”. Amma bu QAN o qandan deyil. Bu bədbəxtlər Qazanılmış Ağıl Natamamlığı (QAN) sindromuna yoluxublar...

Elçin Mirzəbəyli