• 9 Avqust 2022
logo
Paşinyan Blinkenlə Brüssel danışıqlarını müzakirə edib

Paşinyan Blinkenlə Brüssel danışıqlarını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Telefon danışığı zamanı mayın 22-də Brüsseldə Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi üçtərəfli görüşün nəticələri müzakirə edilib.
Tərəflər Cənubi Qafqazda kommunikasiyaların açılması, regional təhlükəsizlik, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üçün xüsusi nümayəndələrin danışıqları mövzusunda fikir mübadiləsi aparıblar.