• 19 Aprel 2024
logo
Şuşada MM-in iki komitəsinin birgə dinləmələri keçirilib

Şuşada MM-in iki komitəsinin birgə dinləmələri keçirilib - FOTO

Mayın 21-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Məclisin Gənclər və idman, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə dinləmələri keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşada keçirilməsinin ənənəyə çevrilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
Adil Əliyev bildirib ki, gündəlikdə iki məsələ var. Birinci məsələ “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi”, ikinci məsələ isə “Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları” mövzusudur.
Çıxışının sonunda Adil Əliyev vurğulayıb ki, gənclərin və idmançıların maarifləndirilməsi işində Prezident İlham Əliyevin müvafiq sərəncamında qeyd olunan tezislər rəhbər tutulmalıdır. Vitse-spiker bu işin həyata keçirilməsi üçün diqqət yetirilməli olan əsas məqamları diqqətə çatdırıb.
Sonra gündəlikdəki “Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları” mövzusundakı dinləmələrlə bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edib.