• 24 Aprel 2024
logo
Deputatlar AŞPA-nın komitə iclasında iştirak edəcək

Deputatlar AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatları – Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurasının Parlament Assambleyasının Hüquq komitəsinin iclasında iştirak etmək üçün mayın 22-dən 23-nə kimi Fransanın Paris şəhərində səfərdə olacaqlar.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Avropa Şurasının Parlament Assambleyasının Hüquq komitəsinin iclasında qurumun əvvəlki iclasının protokolu təsdiqlənəcək, insan hüquqlarının müdafiəsi vəziyyəti ilə bağlı müxtəlif məruzələr dinləniləcək, COVİD-19-un nəticələri, vaksin diskriminasiyasının qarşısının alınması və digər məsələlər müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.
Sonra deputatlar mayın 23-dən 25-nə kimi Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar. Səfər çərçivəsində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov və qrupun üzvü Erkin Qədirli Belçika parlamentində görüşlər keçirəcək. Görüşlərdə parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.