• 7 Oktyabr 2024
logo
Ceyhun Bayramov Nikola Selakoviç ilə danışıqlar aparıb

Ceyhun Bayramov Nikola Selakoviç ilə danışıqlar aparıb

Ceyhun Bayramovun Serbiya xarici işlər naziri Nikola Selakoviç ilə görüşünə dair məlumatı
İtaliyanın Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.:13
XİN-dən verilən xəbər görə, görüşdə, Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edilib. Nazirlər ikitərəfli əməkdaşlığın iqtisadi, ticarət, siyasi, humanitar və s. sahələrdə inkişafı perspektivlərini qeyd ediblər.
Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”in yaxın zamanda qüvvəyə minməsi, mülki aviasiya sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında mövcud olan turizm potensialının səmərəli istifadəsi imkanları ətrafında fikir müdadiləsi aparılıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.