• 20 Aprel 2024
logo
“Ermənistan növbəti dəfə təxribatlara əl atsa üzərində dəmir yumruqla qarşılaşacaq

“Ermənistan növbəti dəfə təxribatlara əl atsa üzərində dəmir yumruqla qarşılaşacaq -Tural İsmayılov

“Hazırda Ermənistan xarici güclər tərəfindən ciddi təhriklərə məruz qalır. Düşünürəm ki, Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmağı, Azərbaycanla sülh danışıqlarına pozitiv yanaşmağı dünyanın bir sıra güclərini ciddi formada narahat etməyə başlayıb”. Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. Onun sözlərinə görə, eyni zamanda bu məsələdə həm regionda Rusiyanın, həm ümumilikdə ABŞ-ın ciddi narahatlıqları var: “Çünki hər iki dövlət Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağı və Ermənistanın Azərbaycanla sülhə razı olacağı təqdirdə regiona təsir imkanlarını itirəcəyindən qorxurlar. Bu baxımdan Ermənistanı qızışdırmağa çalışırlar. Burada həm müxalifətin aksiyaları qızışdırılır, eyni zamanda müxtəlif təsir vasitələri ilə öz əllərində oyuncağa çeviriblər. Bütün bu proseslər sonunda Ermənistan tərəfindən kifayət qədər zidiyyətli və paradoksal açıqlamalar verilir. Bir tərəfdən sülhə razılıq verirlər. Digər tərəfdən isə sülh prosesini sabotaj edəcək proseslərə imza atırlar. Ermənistanın burada ən böyük məqsədi ondan ibarətdir ki, onlar Qarabağla bağlı dırnaqarası status məsələsini aktual saxlamağa çalışırlar. Digər bir tərəfdən isə həm də regionda gərginliyin qalmasında maraqlı olduqlarını göstərirlər. Hazırda Ermənistanın demək olar ki, heç bir siyasi, iqtisadi təsir imkanları qalmayıb. Bütün bu məsələlər Ermənistanın özü üçün problemlər yaradır. Bu cəhətdən tam blokada vəziyyətindədir. Azərbaycanla münasibətlərinin normallaşdırmasa, növbəti dəfə təxribatlara əl atsa Ermənistan üzərində dəmir yumruğu görmüş olacaq”.

Əli Zülfüqaroğlu