• 17 Yanvar 2025
logo
TDT iyunda Şuşada genişmiqyaslı biznes tədbiri keçirəcək

TDT iyunda Şuşada genişmiqyaslı biznes tədbiri keçirəcək

"Şuşada iyun ayında genişmiqyaslı biznes tədbiri keçirməyi planlaşdırmışıq".
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, biznes tədbirin məqsədi Şuşadakı abidələrin bərpasına diqqəti çəkməkdir: "Məqsəd Şuşadakı tarixi və mədəni abidələrin bərpasına diqqəti çəkmək və ona nail olmaqdır".
Baş katib Qarabağ zəfərini türk dünyasının zəfəri adlandırıb: "Sözsüz ki, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir".