• 20 Aprel 2024
logo
Milli Məclisin sədri: “İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən faydalanacaqlar”

Milli Məclisin sədri: “İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən faydalanacaqlar”

“Postmünaqişə dövründə Cənubi Qafqazda yeni reallıqlar və yeni əməkdaşlıq imkanları yaranıb”.
Bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, əldə olunmuş razılaşmalara uyğun olaraq açılacaq yeni nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək: “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələr də bu yeni dəhlizdən faydalanacaqlar”.