• 19 Aprel 2024
logo
İƏT PA-nın Üçüncü Ümumi Konfransında mina problemi qaldırılıb

İƏT PA-nın Üçüncü Ümumi Konfransında mina problemi qaldırılıb

“Azad edilmiş ərazilərdə bərpa işlərinə ən əsas maneə mina problemidir”.
Bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Azərbaycan ən çox minalarla çirklənmiş ölkə olsa da, ən az beynəlxalq maddi yardım alan ölkədir: “Ermənistan Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini elan etsə də, Ermənistanın hər hansı addımlar atması müşahidə olunmur. Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır. Ermənistan anlamalıdır ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Sahibə Qafarova vurğulayıb ki, postmünaqişə dövründə Ermənistan beynəlxalq layihələrin iştirakçısına çevriləcək.