• 27 İyun 2022
logo
İƏT PA-ya sədrlik Azərbaycana keçib

İƏT PA-ya sədrlik Azərbaycana keçib

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏT PA) sədrlik Pakistandan Azərbaycana keçib.
Bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, İƏT PA-nın Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçib.
“Azərbaycan sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək. Azərbaycan bu təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır”, - Sahibə Qafarova vurğulayıb.
Milli Məclisin sədri deyib ki, pandemiya tamamilə aradan qalxmasa da, kəskin dövrü geridə qalıb: “İndi biz növbəti addımlara hazır olmalı və postpandemiya dövründə bərpa məsələlərinə daha çox diqqət yetirməliyik”.