• 25 Aprel 2024
logo
İƏT PA-ya sədrlik Azərbaycana keçəcək

İƏT PA-ya sədrlik Azərbaycana keçəcək

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Azərbaycana keçəcək.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn ilə görüşdə deyib.
Milli Məclisin sədri deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçəcək: “Azərbaycan təşkilata sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək”.