• 11 Oktyabr 2024
logo
Belarusun Baş naziri Azərbaycana işgüzar səfər edəcək

Belarusun Baş naziri Azərbaycana işgüzar səfər edəcək

Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana işgüzar səfər edəcək.
Səfər mayın 18-də baş tutacaq.
Baş nazir "Telegram" kanalındakı videomüraciətində bildirib ki, səfərin gündəliyi dəqiq və praktikidir: “Səfərin çox konkret və praktiki məqsədi var. Əgər biz Azərbaycanı bizim təkliflərimizlə maraqlandıra bilməsək, onların başqa dövlətlərdən daha yaxşı təklifləri varsa, o zaman biz yeni təkliflərlə çıxış etməliyik. Biz ticarəti artırmaq üçün yollar axtarmalıyıq. Vəziyyəti yaxşı başa düşmək və təşviq etməli və ətraflı müzakirə etməli olduğumuz inkişaf nöqtələrini müəyyən etməliyik”.
Baş nazirin ofisindən bildirilib ki, iki günlük proqrama ölkə rəhbərliyi ilə görüşlər, Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “İnter Food” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” istehsalat zavoduna səfərlər daxildir.