• 4 Oktyabr 2024
logo
Nazir: "Sülhməramlılar üzərlərinə düşən funksiyaları yerinə yetirir"

Nazir: "Sülhməramlılar üzərlərinə düşən funksiyaları yerinə yetirir"

“Qarabağda Rusiya sülhməramlılarının yerləşməsi üçtərəfli bəyanat əsasında həyata keçirilir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib. Onun spzlərinə görə, sülhməramlılar müvəqqəti olaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşib və orada fəaliyyətlərini davam etdirirlər:
“Onlar üzərlərinə düşən funksiyaları yerinə yetirirlər. Təbii ki, vaxtaşırı hansısa suallar olur və o suallar əsasən hələ də Qarabağ bölgəsində Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərlə bağlıdır. Belə olan halda məsələ həm sühməramlıların buradakı komandanlığı, həm də digər səviyyələrdə qaldırılır və müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin məhz bu müstəvidə həll edilməsinin tərəfdarıdır”.