• 6 Dekabr 2020
logo
"Ermənilərdə və azərbaycanlılarda dövlət quruculuğu ənənələri" məsələsi barədə

"Ermənilərdə və azərbaycanlılarda dövlət quruculuğu ənənələri" məsələsi barədə

Ermənistan rəhbərliyinin Qarabağın işğalını “qanuniləşdirmək” cəhdlərində düçar olduğu xarici siyasi uğursuzluqlar fonunda Yerevanda dekabrın 6-da “Qafqaz – Xəzər regionunun köklü xalqları elmi reallıqlar və saxtalaşdırmalar işığında” adlı qondarma konfrans keçirilib. Konfransın məqsədləri tədbirin adından aydın görünür. Müasir Türkiyə və İran ərazilərindən Qafqaza gəlmiş ermənilər Azərbaycanın qədim xalqlarının arasını vurmağa çalışır. Aydındır ki, bu “elmi konfrans” Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycanda xalqlararası münasibətlər barədə yalan uydurmaq məqsədilə təşkil olunub. Mahiyyət etibarilə mövzu gülməlidir, çünki tədbir elə bir ölkədə təşkil olunub ki, burada faşizm dövlət siyasəti səviyyəsinə yüksəlib, ksenofobiya zəminində səngərdə yezidi mənşəli əsgər güllələnib.

Mən konfransda Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Alikber Alikberovun çıxışı zamanı səsləndirdiyi səhv fikirlərə toxunmayacağam. Bununla belə, mənim diqqətimi bu fikir cəlb etdi: “Azərbaycan kimi gənc dövlətin ermənilərdə olduğu kimi dövlət quruculuğu ənənəsi yoxdur”. Müəlliflə razıyam, amma tam əksinə. Bəs ermənilərin dövlət quruculuğu ənənələri hara yoxa çıxıb? Azərbaycan dövlətlərinin mövcud olduğu dövrdə heç olmasa bir erməni dövlətinin adını kim çəkə bilər? 12-13-cü əsrlərdə Azərbaycan Atabəylər dövləti qurulanda erməni dövləti harada mövcud idi? 16-cı əsrin əvvəlində Təbrizdə Şah İsmayıl Səfəvi özünün Azərbaycan tacının varisi elan edəndə harada idi? O dövrdə qəbul olunduğu kimi, dövlətlər hakim sülalələrin adı ilə adlandırılırdı. Məsələn, Sacilər, Rəvvadilər, Şəddadilər, Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar dövləti, Qarabağ xanlığı. Cənab Ələkbərov Qarabağ xanlığının və bütün Cənubi Qafqazın Rusiyanın tərkibinə qatıldığı 14 may 1805-ci il tarixli Kürəkçay müqaviləsində ermənilər və Ermənistan barədə məlumat tapa bilərmi? Özü də bu müqavilənin mətni ilə tanış olmaq üçün uzağa getmək lazım deyil. Sənədin surəti Moskvada saxlanılır.

Təəssüf ki, Şərqşünaslıq İnstitutu kimi hörmətli elm mərkəzinin alimini erməni təbliğatının alətinə çevirməyə cəhd göstərilir. Durğunluq keçirən Ermənistanın fonunda Azərbaycan ən nüfuzlu ölkələr arasında 45-ci yerdə qərarlaşıb. Bu fakt açıq-aydın göstərir ki, kimin dövlət quruculuğu ənənələri yoxdur – ermənilərdə, yoxsa azərbaycanlılarda?

Baku Network

Ekspert Şurasının direktoru

Fəlsəfə doktoru

Elxan Ələsgərov