• 27 Noyabr 2020
logo
Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri zamanı müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi müddəti bu gün başa çatır.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) öz ərizəsini təqdim edə bilər.
Ərizələr seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni 2019-cu il dekabrın 18-dək təqdim edilməlidir.
Dekabrın 18-də həmçinin seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi müddəti başa çatır.