• 27 May 2022
logo
Dünya azərbaycanlılarının birliyi güclənəcək

Dünya azərbaycanlılarının birliyi güclənəcək

Aprelin 22-də Zəfər Qurultayı adlanan Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycanın və Türk Dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçirildi. Müstəqillik tariximizdə ilk dəfə qurultayın düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilməsi bir daha bütün dünyaya göstərdi ki, bu torpaq Azərbaycanın əzəli torpağıdır, ayrılmaz hissəsidir, Qarabağ Azərbaycandır! Şuşaya Zəfər yolu ilə yol gedən soydaşlarımızla yolboyu erməni vandalizminin şahidi olduq. Dövlət başçısının Qurultaydakı tövsiyələri diaspor təşkilatlarının və nümayəndələrinin qarşısında yeni vəzifələr müəyyənləşdirdi. İnanıram ki, qurultayda səsləndirilən çağırışlar və müəyyən olunan hədəflər dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının azərbaycançılıq ideologiyası ətrafında fəaliyyətini və birliyini daha da gücləndirəcəkdir. 60-dan çox ölkədən 400 nəfərdən artıq diaspor fəalının, dövlət rəsmilərinin, mətbuatın, incəsənət xadimlərinin iştirak etdiyi Zəfər Qurultayının yüksək səviyyədə təşkilini təmin edən, Diasporla İş Üzrə Dövlət Komitəsinin Sədri Cənab Fuad Muradov başda olmaqla, əməyi keçən hər kəsə Yunanıstan icması nümayəndəsi olaraq, dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,

Rəşid Məmmədov
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri