• 26 May 2022
logo
Prezident: “Düşünürəm ki, Şuşaya səfəriniz həm də orada törədilmiş dağıntıları görmək baxımından əhəmiyyətli idi”

Prezident: “Düşünürəm ki, Şuşaya səfəriniz həm də orada törədilmiş dağıntıları görmək baxımından əhəmiyyətli idi”

Biz ötən ilin aprelində görüşmüşdük və münaqişədən sonrakı vəziyyətlə bağlı geniş məsələləri müzakirə etmişdik. Əlbəttə ki, bu ənənəvi görüşün keçirilməsi bizim üçün çox vacibdir.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın planlarının, niyyətinin daha yaxşı başa düşülməsi, eyni zamanda, indiyədək hansı addımların atıldığını izləmək beynəlxalq ictimaiyyət üçün də vacibdir.
“Mən çox şadam ki, ADA Universiteti bu vacib təşəbbüsü öz üzərinə götürüb”, - Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan Prezidenti qeyd edib ki, ADA Universiteti Azərbaycanın beynəlxalq əməkdaşlıqlara malik aparıcı universitetlərindən biridir.
“Bütün iştirakçılara, Azərbaycana, Şuşaya səfər edən qonaqlara təşəkkür edirəm. Əminəm ki, bu, sizlər üçün həm Şuşanın gözəlliyini seyr etmək, həm də orada törədilmiş dağıntıları görmək baxımından əhəmiyyətli bir səfər idi”, - Prezident İlham Əliyev əlavə edib.