• 28 May 2022
logo
Di Maio: “AŞ-nin Cənubi Qafqazda sülh danışıqlarına cəlb olunmaq kimi mandatı yoxdur”

Di Maio: “AŞ-nin Cənubi Qafqazda sülh danışıqlarına cəlb olunmaq kimi mandatı yoxdur”

Avropa Şurasının Cənubi Qafqazda sülh danışıqlarına cəlb olunmaq kimi bir mandatı yoxdur. Lakin öz mandatımız çərçivəsində sülhə doğru irəliləmək üçün istənilən səyləri dəstəkləyəcəyik.
Bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib.
O, Avropa Şurası Parlament Assambleyasında İtaliyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində çıxış edib.
Nazir bildirib ki, Qafqazda sabitliklə bağlı istənilən ideya mühüm əhəmiyyət daşıyır.
O, Ermənistanla Azərbaycan arasında danışıqlar yolu ilə sülh prosesinin qurulmasını arzu etdiyini və itkin düşmüş şəxslərin taleyi ilə bağlı humanitar jestlərin sülhə hazır olmaq üçün vacib addım olduğunu xatırladıb.