• 21 May 2022
logo
Prezidentin xüsusi nümayəndəsi: “Şuşadakı forum regionda sülhə töhfədir”

Prezidentin xüsusi nümayəndəsi: “Şuşadakı forum regionda sülhə töhfədir”

Şuşa Qarabağda vacib beynəlxalq tədbirlərə ev sahibliyi edən önəmli bir məkana çevrilib.
Bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda çıxışı zamanı deyib.
O, forumun regionda sülh və sabitliyin möhkəmləndirilməsinə, regionun inkişafına xüsusi töhfə olduğunu vurğulayıb.
“Sizi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində qarşılamaqdan fəxr duyuram. Bizim üçün bu cür vacib tədbirə ev sahibliyi etmək fəxrdir. Ötən bir il ərzində Şuşa Qarabağda vacib beynəlxalq tədbirlərə ev sahibliyi edən önəmli bir məkana çevrilib. Bu tədbir də deyə bilərəm ki, regionun gələcək inkişafına, uzun müddətli sülhə xüsusi töhfədir”, - Aydın Kərimov bildirib.