• 27 May 2022
logo
“Dövlət başçısının tapşırıq və tövsiyələrinə layiqincə əməl etməyə çalışacağam”

“Dövlət başçısının tapşırıq və tövsiyələrinə layiqincə əməl etməyə çalışacağam”

Könül Hacızadə: “Bu çağırışlara uyğun fəaliyyət göstərmək xaricdəki soydaşlarımızın əsas amalı olmalıdır”

“Bizim üçün vətənə bu dəfəki səfər, Şuşada olmağımız xüsusi özəlliyi ilə seçilir. Şuşada keçirilən Zəfər Qurultayı dünyada yaşayan bütün azərbaycalılar üçün çox böyük tarixi əhəmiyyət daşıyır. ”. Bu fikirləri “Xalq Cəbhəsi”nə Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə səsləndirib. K.Hacızadə əlavə edib ki, qurultayın açılışında Ali Baş Komandan İlham Əliyevin çıxışı həm də dünyada yaşayan azərbaycanlılar üçün bir tövsiyə xarakteri daşıyır. Onun fikrincə, cənab Prezident gələcəkdə daha da irəliyə addım atmaq üçün geniş və yüksək səslə Azərbaycanın hər zaman haqlı olduğunu bütün dünyaya çatdırmağı, o cümlədən Azərbaycan dilinin, mədəniyyətinin, adət-ənənələrinin bütün dünyada tanınması, sevilməsi və təbliği üçün ciddi səy göstərilməsini diaspor təşkilatlarına və xaricdə yaşayan həmvətənlilərimizə öz tövsiyə etdi: “Bu çağırışlara uyğun fəaliyyət göstərmək xaricdəki soydaşlarımızın əsas amalı olmalıdır”.
Könül Hacızadə diqqətə çatdırıb ki, cənab Prezident üzərinə götürdüyü bütün öhdəlikləri, vədlərini həmişə yerinə yetirdiyini əyani şəkildə sübut etdi: “Zəfər Qurultayı da bunun bariz nümunəsidir. Bu qurultayın Şuşada keçirilməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsidir.
Mən Küveytdə bir diaspor təşkilatının rəhbəri olaraq Möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışını dinlədikcə qürur hissi duyur və gələcəkdə dövlət başçısının tapşırıq və tövsiyələrinə layiqincə əməl etməyə çalışacağam. Ölkə başçısının dediyi kimi, Azərbaycan xalqı bundan sonra müzəffər və qalib bir xalq olaraq əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət olaraq həmişə yaşayacaq. Bu böyük bir xoşbəxtlik və qürurvericidir. Ulu Öndər Heydər Əliyev demişkən: “Mən hər zaman fəxr etmişəm və bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam”.
Əli