• 15 Sentyabr 2024
logo
Şuşada Milli Məclisin komitələrinin dinləmələri keçirilir

Şuşada Milli Məclisin komitələrinin dinləmələri keçirilir

Milli Məclis Şuşada ilk dəfə dinləmələr təşkil edir.
Milli Məclisin İnsan hüquqları və İctimai birliklər və dini qurumlar komitələrinin Şuşada birgə keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;
2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;
3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.