• 15 Sentyabr 2024
logo
Niderland Azərbaycanla minatəmizləmə prosesində əməkdaşlıq edir

Niderland Azərbaycanla minatəmizləmə prosesində əməkdaşlıq edir

COVID-19-a görə Niderland şirkətlərinin Azərbaycanda fəaliyyətləri bir qədər azalmışdı, lakin onlar indi yenidən fəaliyyətlərini artırmaq niyyətindədirlər.
Bu barədə Niderlandın Azərbaycandakı səfiri Paulin Eizema bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Səfir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Niderland şirkətlərinin aktiv fəaliyyətinin olmamasına da münasibət bildirib. Diplomat qeyd edib ki, bu təhlükəsizliklə bağlıdır.
“Bildiyiniz kimi, bu ərazilər keçmiş münaqişə zonasıdır, mina təhlükəsi var. Ancaq düşünürəm ki, Niderland şirkətləri Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlıq edə bilər. Qeyd etmək istəyirəm ki, artıq minatəmizləmə prosesində ANAMA ilə əməkdaşlıq edən Niderland şirkəti var. Şəhərlərin tikilməsi və bərpası məsələsində ölkəmizin təcrübəsi var, biz bu sahədə töhfə verə bilərik”, - səfir əlavə edib.