• 27 May 2022
logo
Fərid Şəfiyev: “Minsk Qrupunun fəaliyyətinin dayandırılması ATƏT çərçivəsində həll olunmalıdır”

Fərid Şəfiyev: “Minsk Qrupunun fəaliyyətinin dayandırılması ATƏT çərçivəsində həll olunmalıdır”

Artıq Minsk Qrupuna ehtiyac yoxdur ancaq formal olaraq bu təsisatın fəaliyyətinin dayandırılması mürəkkəb prosesdir və ATƏT çərçivəsində həll olunmalıdır.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BTMT) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-də keçirilən müzakirədə çıxışı zamanı deyib.
O, Minsk qrupunun indi formal olaraq qaldığını deyib.
“Minsk Qrupu formal olaraq hələ də qalır. Onun mandatı Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması ilə bağlı idi. Bu məsələ isə artıq bizim üçün gündəmdə deyil. Əgər Minsk Qrupu post-münaqişə dövründədə də prosesdə qalmaq istəyirdisə, o zaman gündəmdə olan bir çox məsələlər - humanitar məsələlər, mina problemi, Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxslər və s. məşğul olacağını elan etməli idi. Lakin təəssüf ki, biz bununla bağlı Minsk Qrupundan addım görmədik”.
Fərid Şəfiyev Minsk Qrupunun ABŞ və Fransdan olan keçmiş həmsədrlərinin artıq Cənubi Qafqaz üzrə nümayəndə kimi təqdim olunmasını müsbət gedişat sayıb.
“Keçən il Qarabağın statusu məsələsi gündəmə gətirilməyə çalışılırdı. Ancaq reallıq odur ki, Azərbaycan öz siyasətini yürüdür, gündəmi formalaşdırır və bu gündəlik faktiki olaraq qəbul olunub”, - o qeyd edib.
BMTM sədri O, Ermənistanın Qarabağın statusu məsələsini üçüncü ölkələr və ya beynəlxalq təşkilatlar vasitəsilə gündəmdə saxlamağa çalışacağını qeyd edib.
Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik və vacib olan da budur. Bu sazişlə bağlı prinsipləri də Etmənistan Baş naziri Paşinyan Moskva səfərindən öncə qəbul edib. Əgər Ermənistan Dağlıq Qarabağ məsələsini ikitərəfli münasibətlərə daxil etməyə cəhd edəcəksə, biz bunu qəbul etməyəcəyik”, - Fəridf Şəfiyev söyləyib.