• 26 May 2022
logo
Gürcüstan səfiri: “Azərbaycanla münasibətlər sürətlə inkişaf edir”

Gürcüstan səfiri: “Azərbaycanla münasibətlər sürətlə inkişaf edir”

“İki qonşu ölkə - Gürcüstan və Azərbaycan arasında münasibətlər dinamikdir və sürətlə inkişaf edir. Bizim aramızda siyasi, mədəni-humanitar, iqtisadi, təhlükəsizlik sahəsində əlaqələr inkişaf edir, tərəqqi edir. Biz diplomatlar olaraq buna çox şadıq”.
Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.
Diplomat iqtisadi potensial barədə də danışıb. Səfir qeyd edib ki, Xəzər və Qara dənizin nəqliyyat imkanlarından istifadə edilir və bu, sürətlənməkdədir: “Biz fəaliyyətimizi bu sahədə gücləndirəcəyik. Bakı-Tbilisi-Qarsda tamamlanmayan işləri tamamlayacağıq. Azərbaycanda logistika şirkətləri, dəmir yolları, limanlar aktiv işləyir. biz Azərbaycanda infrastrukturun sürətlə inkişafını görürük”.