• 27 May 2022
logo
Bu gün AŞPA-nın yaz sessiyası başlayır

Bu gün AŞPA-nın yaz sessiyası başlayır

Bu gün AŞPA-nın yaz sessiyası başlayır.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 25-dən 28-dək hibrid formatda keçiriləcək yaz plenar sessiyasının diqqət mərkəzində Rusiya Federasiyasının Ukraynaya hücumunun nəticələrinə dair ümumi siyasət müzakirəsi olacaq.
İtaliya Prezidenti Sercio Mattarella Assambleyada çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç də 2021-ci il üçün illik fəaliyyət hesabatını təqdim edəcək. Avropa Şurasının baş katibi Mariya Pejçinoviç Buriç hər sessiyada olduğu kimi parlamentarilərin suallarını cavablandıracaq.
Assambleya həmçinin Avropa Şurası ilə Aİ arasında strateji tərəfdaşlığın gücləndirilməsi, Avropada əsl demokratiyanın qorunması və təşviqinə dair hesabatları müzakirə edəcək.
Sessiya çərçivəsində Assambleya Avropa İnsan Haqları Məhkəməsinə ukraynalı hakim seçəcək.