• 7 Sentyabr 2024
logo
"Qurultayın Şuşada keçirilməsi tarixi hadisədir" - Rəşid Məmmədov

"Qurultayın Şuşada keçirilməsi tarixi hadisədir" - Rəşid Məmmədov

"Bildiyimiz kimi Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçirildi və 65 ölkədən 400 yaxın diaspor nümayəndəsi tədbirə qatıldı. Yadımdadır,2001-ci ilin noyabr ayında Dünya Azərbaycanlılarının İ Qurultayında Ulu Öndər Heydər Əliyevin böyük qürur hissi ilə söylədiyi "Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam "kəlamı dünyada yaşayan hər bir azərbaycanlı üçün diaspor təşkilatlanması prosesində aparıcı şüara çevrildi". Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Yunanıstan - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov deyib. R.Məmmədov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz düşmən işğalından torpaqlarımızı, Şuşanı azad etdi: "Qurultayın Şuşada keçirilməsi tarixi hadisədir. Bununla belə Dünyadakı diasporamızın, soydaşlarımızın bir araya gəlməsi yaşadığımız ölkələrdə Azərbaycançılıq təbliğatına böyük təkan verəcək. 20 ildən sonra 2021-ci il 31 Dekabr tarixi -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə, Cənab Prezident İlham Əliyev, Azərbaycan xalqını təbriki zamanı 2021-ci ili Şuşa ili elan etdi. Diasporamız qarşısına qoyduğu vəzifəni daha da sürətləndirəcək. Biz bunu son vaxtlar Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyindən də hiss edirik.Onu da qeyd edim ki, 2-ci Qarabağ savaşı başlayandan bu günə qədər Azərbaycan diasporu yaşadıqları cəmiyyətdə yerli media və mətbuatlarda mütəmadi çıxışlar və yazılar dərc etdirdilər. Erməni lobbisinin yalanlarının qarşısını alıb yerli cəmiyyətə Azərbaycanın haqlı olduğunu çatdıra bilirdilər və informasiya savaşında da öz sözlərini deyə bildilər. Cənab Prezident xarici KİV-lərə müsahibələr verməyə də vaxt ayırdı və ermənilərin uzun müddət milyardlar xərcləyib Azərbaycan haqqında yanlış düşüncələrini alt-üst etdi. Bir daha vurğulayım ki, bundan sonra diaspor işində görüləcək işlər çoxdur və daha da aktiv olmalıyıq. Diasporamızın uğurlu fəaliyyəti, milli və dövlət maraqlarının müdafiəsində böyük rol oynayır. Azərbaycan evlərinin fəaliyyətini daha da gücləndirməli, dil kursları, teatr və s.açılmalıdır. Bu, azərbaycanlıların bir araya gəlməsinə, 2-ci nəsil azərbaycanlıların assimilyasının qarşısının alınmasına xidmət edəcək. Qurultay başa çatdıqdan sonra 65 ölkədə Şuşa və Azərbaycan haqda mətbuatda məlumatların yer alacağına ümid edirəm. Bu da bir daha Azərbaycanın haqlı olduğunun dünya ictimaiyyətinə çatdırılması deməkdir. Bu gün Şuşa azaddır və dünyanın dörd bir yanında yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının V Zəfər Qurultayına doğma Şuşamızda qeyd etdi. Bu qüruru, bu şərəfi bizə yaşadan Ali Baş Komandana Yunanıstanda yaşayan azərbaycanlı icması adından və bu sevinci bizimlə bölüşən hər bir soydaşımız adından minnətdarlığımızı bildiririk. Azərbaycan Respublikasının və Dünya Azərbaycanlılarının Prezidenti Cənab İlham Əliyev bu gün dünyada yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin möhkəmləndirilməsi yolunda fəaliyyətini daim diqqət mərkəzində saxlayır... Biz hər zaman fəxr etmişik, bu gün də hər şeydən çox fəxr edirik ki, biz azərbaycanlıyıq".

Əli Zülfüqaroğlu