• 26 May 2022
logo
"Zəfər Qurultayında ölkə başçı tərəfindən verilən  tapşırıqlar xaricdəki soydaşlarımızın məsuliyyətini daha da artırır"

"Zəfər Qurultayında ölkə başçı tərəfindən verilən  tapşırıqlar xaricdəki soydaşlarımızın məsuliyyətini daha da artırır"

"Vətən müharibəsində qazanılan şanlı qələbə dünya azərbaycanlılarına unudulmaz fəxarət hissi yaşatdı. Xaricdəki soydaşlarımızın Vətən sevgisi artdı, birlik və həmrəyliyi möhkəmləndi.
Dünya azərbaycanlıları Vətən müharibəsi dövründə olduğu kimi heç zaman həmrəy olmamışdı". Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. Təşkilat sədri bildirib ki, Ali Baş Komandan dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirdi: "Məhz bunun nəticəsi olaraq xaricdəki soydaşlarımız informasiya müharibəsində fəallıq göstərdilər, erməni yalanlarını ifşa etdilər. Bu gün Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında bu məsələyə də toxunaraq qeyd etdi ki, xaricdə yaşayan milyonlarla azərbaycanlı Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdı. Dövlət başçısı bu işin davam etdirilməsinin zəruruliyini də xüsusi qeyd etdi.
Cənab Prezident bununla xaricdəki soydaşlarımızın əməyinə yüksək qiymət verdi. Həmçinin onlara aktivliklərini artırmasını tövsiyə etdi. Çünki Azərbaycana qarşı erməni yalan maşını işləyir, ikili standartlar davam edir. Ermənilərin ərazi iddialarına qarşı faktlarla, dünyanın qəbul edəcəyi vasitələrlə iş aparılmalıdır. Bu baxımdan Zəfər Qurultayında ölkə başçı tərəfindən verilən tövsiyə və tapşırıqlar xaricdəki soydaşlarımızın məsuliyyətini daha da artırır".

Əli Zülfüqaroğlu