• 29 May 2022
logo
“Dövlət başçısının tövsiyələrini fəaliyyətimizdə tətbiq edəcəyik”-Ramiz Məmmədov

“Dövlət başçısının tövsiyələrini fəaliyyətimizdə tətbiq edəcəyik”-Ramiz Məmmədov

“Dünya Azərbaycanlılarının Şuşada baş tutan V Qurultayında iştirak etmək mənim üçün qürurverici hadisədir”. Bu fikirləri xalqcəbhəsi.az-a açəıqlamasında Dünya Azərbaycanlılarının V Qurultayın iştirakçısı, Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliynin sədri Ramiz Məmmədov bildirib.
R.Məmmədov bildirib ki, cənab Prezidentin sərəncam və tövsiyəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspor sahəsindən bütün işlər həyata keçirilir: “Dünya Azərbaycanlılarının V Qurultayında Prezident öz tövsiyəsini verdi. Dövlət başçısının çıxışı bizə istiqamət verir. Həmişə olduğu kimi, bundan sonra da fəaliyyətimiz Cənab Prezidentin tövsiyələrinə əsaslanacaq. Tədbirdə yeni insanlar, yeni proqramlarla tanış olduq. Biz çalışacağıq ki, daha sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərək. Tarixi önəm daşıyan Qurultay böyük əhəmiyyət kəsb edir. Cənab Prezident öz çıxışında diasporla işin güclənməsi istiqamətində tapşırıqlarını verdi.
Biz hər zaman Azərbaycana xidmət etməliyik. Burada şəxsi yox, dövlətin və xalqın maraqları əsas götürülməlidir. Biz Azərbaycan vətəndaşı olmasaq da, amma azərbaycanlıyıq və bizim damarlarımızdan bu millətin qanı axır”.
Ramiz Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə edə bildik: "Bu zaman biz dünya azərbaycanlılarının həmrəyliyinin bir daha şahidi olduq. Vətən müharibəsi azərbaycançılığımızın-milli kimliyimizin gücünü dünyaya göstərdi. Bu günlərdə erməni vandallığı insanlarımızı daha da birləşdirdi, siyasi baxışından asılı olmayaraq hər kəs bir çatı altında toplaşdı, ordumuzun göstərdiyi şücaət bizi daha da ruhlandırdı. Bütün bunlar bir daha göstərdi ki, torpalaqrımızın işğaldan azad olunması üçün dünya azərbaycanlıları ayaqda idi. Hər bir azərbaycanlı kimi Tatarıstandakı soydaşlarımız da əzəli torpaqlarımız olan Qarabağ yolunda canını verməyə hazır idi. Ali Baş Komandanın hər hansı çağırışına Tatarısdandakı soydaşlarımız qürur hissi ilə əməl edirdilər.
Birlik olamyan yerdə əminamanlıq da olmaz. Ona görə biz çalışmalıyıq ki, diasporu sahəsində də birlik nümayiş edə tədbirlər keçirək. Qurultayda dövlət başçısı tərəfindən irəli sürülən fikir və tövsiyələri fəaliyyətimizdə tətbiq edəcəyik”.

Əli